Yeni doğulmuş körpənin meyiti tapıldı
    • 24-07-2023, 15:24
    • 155

Yeni doğulmuş körpənin meyiti tapıldı

Kalininqradda yerli sakinlər yeni doğulmuş uşağın meyiti tapıblar. 

News24.az xəbər verir ki, bu barədə SUSK RF-nin region üzrə mətbuat xidməti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, körpə Kiyevskaya küçəsində tapılıb.

Hazırda müstəntiqlər və məhkəmə-tibb ekspertləri hadisənin baş vermə şəraitini müəyyən etmək üçün hadisə yerinə baxış keçirirlər. Hadisənin səbəbləri araşdırılır.

Müstəntiqlərin sözlərinə görə, uşağın anasının kimliyi hələ müəyyən edilməyib.

Aynurə