Sumqayıtda yeni doğulmuş körpə zibillikdə belə tapıldı- Video
    • 7-07-2021, 18:36
    • 656

Sumqayıtda yeni doğulmuş körpə zibillikdə belə tapıldı- Video

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb.

Bu gün sosial şəbəkələrdə körpənin tapıldığı anın görüntüləri yayılıb. Videoda sakinlər tərəfindən aşkarlanan körpənin nəfəs aldığı görünür.

Qeyd edək ki, hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb. Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib.