Hərbi bazaya hücum oldu, 25 əsgər həyatını itirdi
    • 24-07-2023, 15:36
    • 136

Hərbi bazaya hücum oldu, 25 əsgər həyatını itirdi

Somalidə hərbi təlim bazasına edilən hücumda 25 əsgər həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 60-a yaxın əsgər yaralanıb.

Hücuma görə məsuliyyəti “Əş-Şəbab” terror təşkilatı öz üzərinə götürüb.