Burkina Fasoda terror aktı: 33 əsgər həlak olub
    • 28-04-2023, 10:53
    • 207

Burkina Fasoda terror aktı: 33 əsgər həlak olub

Burkina Fasonun şərqində, Qurma əyalətində hərbi hissəyə hücum olub.

News24.az xəbər verir ki, hücum nəticəsində 33 əsgər həlak olub.

Qarşıdurma zamanı 40 terrorçu zərərsizləşdirilib, 12 əsgər isə yaralanıb.