FETÖ-yə görə tutulanlarla bağlı QƏRAR
    • 24-07-2023, 16:38
    • 310

FETÖ-yə görə tutulanlarla bağlı QƏRAR

FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev məhkəmə qarşısına çıxarılıb.

News24.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onlara Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o təqsirləndirilən şəxs qismində cəlb edilib.