Qubad İbadoğlu məhkəmə qarşısına çıxarılır
    • 24-07-2023, 11:03
    • 323

Qubad İbadoğlu məhkəmə qarşısına çıxarılır

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun barəsində həbs qətimkan tədbirinin seçiləməsi üçün bu gün məhkəmə prosesi keçirləcək.

News24.az 
xəbər verir ki, həbs qətimkan tədbirinin seçilməsi üçün Nərimanov rayon Məhkəməsinə təqdimat verilib.

Yaxın saatlarda təqdimata baxılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində ifadə verib.

Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və o, saxlanılıb.

Qubad İbadoğlunun barəsində Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub./Teleqraf.com/