Zaqatalada itkin düşənlərin yeri TAPILDI
    • 24-07-2023, 17:28
    • 205

Zaqatalada itkin düşənlərin yeri TAPILDI

Zaqatalada itkin düşən şəxslərin yeri müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

"Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub. Hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir", - deyə o qeyd edib.