-
- 25-07-2023, 01:18
- 350
Təxliyə olunan Bakı sakinlərinə tibbi yardım göstərilib - RƏSMİ AÇIQLAMA
Səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini - Əli Əlizadə və Əbdül Rzayev təxliyə olunub.
News24.az xəbər verir ki, TƏBİB-in tabeliyindəki Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsində onlara zəruri tibbi xidmət göstərilib, laborator, instrumental müayinələr təmin olunub. Kəskin travmatik xəsarətləri yoxdur, hazırda stressə və hipovolemiyaya qarşı yardım edilir.
Əbdül Rzayevə aşıq baldır oynağının əziyi diaqnozu ilə tibbi yardım göstərilib.
Ümumi vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Həkim müşahidəsi altındadırlar.
Məlumatı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova öz facebook səhifəsində paylaşıb.