Bu ailələr “TikTok”u məhkəməyə verdi – ŞOK SƏBƏB
    • 5-11-2024, 15:05
    • 188

Bu ailələr “TikTok”u məhkəməyə verdi – ŞOK SƏBƏB

Fransada 7 ailə övladlarını zərərli məzmuna məruz qoymaqda ittiham edərək, Çin sosial media platforması “TikTok”u məhkəməyə verib.

News24.az xəbər verir ki, yerli mətbuatda yer alan məlumatlara görə, fransalı ailələr “TikTok”a qarşı iddia qaldıraraq, dünya səviyyəsində təxminən 1,6 milyard istifadəçisi olan platformanın alqoritminin uşaqların özlərinə zərər verə biləcəyi, intihara və qidalanma pozğunluğuna səbəb ola biləcək məzmunlar təqdim etdiyini bildirib.

İddiaçılar arasında qızları intihar edən iki ailə, həmçinin uşaqlarının “TikTok” məzmununa məruz qaldıqdan sonra intihara cəhd etdiyini iddia edən dörd ailə var. Sosial media platformasından şikayətçi olan başqa bir ailə isə müraciətə görə uşağın qidalanma pozğunluğu olduğunu iddia edir.

Təhlükəli məzmunu ilə uşaq və gənclər üçün təhlükə yaratdığı səbəbilə ABŞ və Avropanın müxtəlif yerlərində platformaya qarşı iddia qaldırılıb.

2016-cı ilin sentyabrında istifadəyə verilən qısa video paylaşma proqramı olan “TikTok” Çin ana şirkəti “ByteDance”ın çətiri altında fəaliyyət göstərir. “TikTok”un bu gün dünyada təxminən 1,6 milyard istifadəçisi var.

İordaniya, Hindistan, Əfqanıstan, İran, Pakistan və Tayvan da daxil olmaqla bəzi ölkələr müxtəlif səbəblərdən “TikTok”u qadağan etdiyi halda, Avstraliya, Kanada, İngiltərə və Yeni Zelandiya kimi ölkələr tətbiqin ictimai kompüter və cihazlarda istifadəsini qadağan edib.

Aynurə