Putinə çevriliş barədə məlumat verilibmiş - Qərb mediası açıqladı
    • 25-07-2023, 17:12
    • 83

Putinə çevriliş barədə məlumat verilibmiş - Qərb mediası açıqladı

Rusiya xüsusi xidmət orqanları “Vaqner”in rəhbəri Yevgeni Priqojinin üsyanı başlamazdan ən azı 2-3 gün əvvəl Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edib. 

News24.az xəbər verir ki, bu barədə “The Washington Post” Ukrayna və Avropa kəşfiyyatından olan həmsöhbətlərinə istinadən yazır.

Bu məlumatı əldə edəndən sonra nəşrin mənbələrinə görə, strateji obyektlərin, o cümlədən Kremlin mühafizəsi gücləndirilib, burada mühafizəçilərin sayı artırılıb və daha çox silah-sursat verilib.

Lakin nəşrin həmsöhbətləri qeyd edirlər ki, başqa heç bir tədbir görülməyib.

“Putinin qiyamın qarşısını almaq və təşkilatçıları həbs etmək barədə qərar qəbul etməyə vaxtı var idi. Üsyan başlayanda bütün səviyyələrdə iflic oldular. Tam çaşqınlıq var idi. Uzun müddət idi ki, onlar necə reaksiya verəcəklərini bilmirdilər”, - Avropa təhlükəsizlik xidmətlərindən birinin nümayəndəsi bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb kəşfiyyatının bu açıqlamalarını “cəfəngiyyat” adlandırıb.

Akqabay