Türkiyə yeni konstitusiya üzərində işləyir
    • 25-07-2023, 18:34
    • 116

Türkiyə yeni konstitusiya üzərində işləyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin yeni konstitusiyasının tezliklə qəbul edilməsinə çağırıb.

News24.az xəbər verir ki,  bu barədə o, çıxışında deyib.

“Bizim cümhuriyyətin elan edilməsinin 100 illiyini hərbi çevrilişdən sonra qəbul edilmiş konstitusiya ilə qeyd etməyə imkanımız yoxdur. Biz 2022-ci ildən bəri ədalət sahəsində qazandığımız çətin qələbəni azadlığı təmin edən və hamını birləşdirən sivil konstitusiyanın qəbulu ilə taclandırmaq istəyirik”, - deyə Ərdoğan bildirib.

Ədliyyə orqanlarının nümayəndələri ilə görüşdə Ərdoğan bu məsələni Türkiyə parlamentinin 28-ci çağırışında - Böyük Millət Məclisində qaldırmağı planlaşdırdığını açıqlayıb.

Aydan