Ucarda 3 nəfərin intihara cəhdinin qarşısı alınıb
    • 2-03-2019, 16:55
    • 688

Ucarda 3 nəfərin intihara cəhdinin qarşısı alınıb

Ucar rayonunda 3 nəfərin intihara cəhdinin qarşısı alınıb.

News24.az
xəbər verir ki, Report-un Şirvan bürosunun məlumatına görə, martın 2-də günorta saatlarında rayon sakinləri Saqi və Elşən Həsənov qardaşları və daha bir nəfər Ucarın mərkəzindəki çoxmərtəbəli binalardan birinin üzərinə çıxaraq oradan özlərini atmağa cəhd göstəriblər.

Hadisə yerinə rayon icra hakimiyyətinin nümayəndələri, FHN-in xilasediciləri, təcili yardım briqadası və polis əməkdaşları gəlib.

İntihara cəhd etmək istəyən şəxslərlə söhbətdən sonra onları fikrindən daşındırmaq mümkün olub və binanın üzərindən aşağı eniblər.

Hadisə ilə bağlı araşdırma aparılır.