Bakıda kütləvi intihara cəhd – 6 nəfər eyni anda...
    • 6-09-2018, 10:23
    • 1 090

Bakıda kütləvi intihara cəhd – 6 nəfər eyni anda...

Paytaxtın Xətai rayonunda kütləvi intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, altı nəfər qaldırıcı kranın üzərinə çıxaraq, özlərini öldürmək istəyiblər.

Bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Məlumat daxil olan kimi Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar.