Allahverdi Yolçuyev:
    • 26-07-2023, 00:03
    • 511

Allahverdi Yolçuyev: "Sürücü deyiləm ki, işləyib pul qazanım"

"Ümumiyyətlə, hər sahə qurban tələb edir. İnsan bəzən düşünür ki, kaş ailə qurmazdım. Çünki ailə yarandıqdan sonra qayınana-qayınata, söz-söhbətlər, qırğınlar olur. Mən də özümü sənətə qurban verdim. Amma dəyməzdi".

News24.az Axşam-a istinadən xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev "Xəzər axşamı" verilişində deyib.

Parkinson xəstəliyindən əziyyət çəkən aktyor son nəfəsini səhnədə vermək istədiyini bildirərək kövrəlib:

"Aktyor səhnədə doğulub və oradan son mənzilə yola salmaq lazımdır. Onu təqaüdə göndərmək olmaz. Mən sürücü deyiləm ki, sürücü deyiləm taksi sürüm və ya suvaqçı, elektrik deyiləm işləyib pul qazanım.

Bir peşəm var, o da aktyorluğumdur. Avqustun 20-si 65 yaşım tamam olur. Təqaüdə çıxacağam. Son nəfəsimi səhnədə vermək istəyirəm. Səhnəni heç nəyə dəyişmərəm".