İranlı zəvvarların qaldığı hoteldə yanğın baş verdi
    • 26-07-2023, 01:39
    • 147

İranlı zəvvarların qaldığı hoteldə yanğın baş verdi

İraqda iranlı zəvvarların qaldığı, Nəcəf Əşrəf şəhərindəki 6 mərtəbəli hoteldə yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.  

Yanğın zamanı onlarla insan, o cümlədən bir neçə iranlı yaralanıb.

Ağır xəsarətlər alan 3 iraqlının vəziyyəti isə ağırdır. Onların bədənlərinin 80%-i yanıb. 

Nəcəf Yanğından Mühafizə İdarəsi yanğının söndürülməsinə və zəvvarların təxliyəsinə başlayıb və indiyədək 160 zəvvar hoteldən təxliyə edilib. 
Günəş Mərd