Lənkəranda QƏZA: vəzifəli şəxsin durumu ağırdır
    • 26-07-2023, 12:02
    • 182

Lənkəranda QƏZA: vəzifəli şəxsin durumu ağırdır

Lənkəranda iki avtomobilin toqquşması nəticəsində baş verən qəzada 7 nəfər xəsarət alıb.

Bu barədə “Report”un Cənub bürosunun Lənkəran Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı təcili yardım şöbəsinə 7 yaralı daxil olub.

Qeyd edilib ki, hadisə zamanı xəsarət alanlar 1988-ci il təvəllüdlü Sadiq Rzayev, 1970-ci il təvəllüdlü Allahverdi İbrahimov, 1970-ci il təvəllüdlü Füzuli Allahverdiyev, 1991-ci il təvəllüdlü Günel İbrahimova, 1998-ci il təvəllüdlü Təmail İbrahimov, 2019-cu il təvəllüdlü Günəş Agayeva, 2012-ci il təvəllüdlü Mirvəli Agayevadır.

Xəstələrə əsasən döşün sağ payında çoxsaylı qabırğa sınıqları, said sümüklərinin qapalı sınığı, başın və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Yaralılardan 2-si müvafiq şöbələrə yerləşdirilib.

Digər xəsarət alanların müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, vəziyyəti ağır olan yaralı Tuado kənd inzibati ərazi üzrə icra nümayəndəsi İbrahimov Allahverdidir.