Masazırda ailənin bütün fərdləri avtomobil qəzasına düşdü
    • 16-08-2019, 00:42
    • 1 007

Masazırda ailənin bütün fərdləri avtomobil qəzasına düşdü

Abşeron rayonu Masazır qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
News24.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Əhmədov Səxavət Yusifəli oğlu, həyat yoldaşı Əhmədova Səadət Nurəddin qızı və övladları - 2018-ci il təvəllüdlü Əhmədli Nihat Səxavət oğlu, 2011-ci il təvəllüdlü Əhmədli İntizar Səxavət qızı hadisə zamanı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Əhmədov Səxavətə döş qəfəsinin küt travması, Əhmədova Səadətə burun əziyi, uşaqlara isə bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozları qoyulub.