Zooparkda ayı ana və qızına hücum etdi
    • 26-07-2023, 14:56
    • 386

Zooparkda ayı ana və qızına hücum etdi

Tula vilayətində ayı zooparka gələnlərə hücum edib. 

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Tula Tin" teleqram kanalı məlumat yayıb.

Hadisə Aleksin şəhərindəki zooparkda baş verib. 27 yaşlı ana və kiçik qızı qəfildə qəfəsdəki ayının hücumuna məruz qalıb.

Kanalın məlumatına görə, ana son anda ayıdan xilas ola bilib. Ayı onun vətərlərini dişləyib və ona barmağının sınması diaqnozu qoyulub. Hazırda onların həyatı üçün heç bir təhlükə yoxdur.

Müstəntiqlər hadisə şahidlərini dindirib, hadisə yerinə baxış keçirib və lazımi ekspertizalar təyin edilib.