Lənkəranda 4 yaşlı uşaq çaqqal hücumuna məruz qalıb - FOTO
    • 31-10-2018, 15:00
    • 1 375

Lənkəranda 4 yaşlı uşaq çaqqal hücumuna məruz qalıb - FOTO

Lənkəran rayonunda 4 yaşlı uşaq çaqqal hücumuna məruz qalıb.

Verilən xəbərə görə hadisə rayonun Şürük kəndində qeydə alınıb.

Belə ki, Səbuhi Əzizov gündüz vaxtı həyətdə yaşıdları ilə oynayarkən qəfildən kolluqdan çıxan çaqqal ona hücum edib. Səs-küyə həyətə çıxan ana uşağı çətinliklə də olsa çaqqalın caynağından xilas edə bilib.

Üzündən və ayağından xəsarətlər alan S.Əzizov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Ancaq evə qaytdıqdan sonra ərazidən uzaqlaşmayan çaqqal yenidən onların və ətrafdakı digər insanların üzərinə də hücum çəkib. 

Kənd sakinləri çaqqalın gündüz vaxtı yaşayış məntəqəsinin mərkəzində həyətlərə daxil olması ilə ilk dəfə qarşılaşdıqlarını bildiriblər. 

//Report.az