Bu ölkədə hərbçilər prezidentin ofisini bağladı
    • 26-07-2023, 15:33
    • 179

Bu ölkədə hərbçilər prezidentin ofisini bağladı

Niger prezident qvardiyasının bir qrup əsgəri ölkənin paytaxtı Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binanın qarşısını kəsib. Yaşayış zonası da bağlanıb.

News24.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

“Agence France-Presse” isə yazır ki, “prezidentin iqamətgahının yerləşdiyi paytaxt regionunda heç bir hərbi texnika yoxdur”. Agentlik qeyd edib ki, şəhərdə atışma səsi eşidilməyib.

“Jeune Afrique” jurnalı bölgədəki mənbəyə istinadən xəbər verir ki, prezident Mohamed Bazum iğtişaşçılar tərəfindən blokadaya alınıb, onların sayı məlum deyil.

Eyni zamanda, prezidentə yaxın olan başqa bir mənbə Bazumun “sağ-salamat” olduğunu və hazırda hərbçilərlə “danışıqlar” apardığını əmin edib.

Akqabay