48 il sonra səkkiz yaşlı uşağın qatili tapıldı
    • 26-07-2023, 16:40
    • 122

48 il sonra səkkiz yaşlı uşağın qatili tapıldı

ABŞ-ın Corciya ştatında yaşayan keçmiş pakeşiş Devid Zandstra 1975-ci ildə Pensilvaniya ştatında keşiş vəzifəsində çalışarkən 8 yaşlı qızı öldürməkdə günahlandırılıb.

News24.az
 
xəbər verir ki, Delaver rayon prokuroru Cek Stollstaymer, 83 yaşlı təqaüdçü keşiş David Zandstraya qarşı 1975-ci ildə "qəsdən adam öldürmə" və "birinci, ikinci və üçüncü dərəcəli qətl", "uşaq oğurluğu" və buna bənzər ittihamlarla ittiham irəli sürüb. 

Bildirilib ki, o zaman 8 yaşlı Qretçen Harrinqtonu öldürməkdə günahlandırılan Zandstra hadisə zamanı kiçik qızın getdiyi dini düşərgədə keşiş olub.

Stollstaymer verdiyi açıqlamada, Zandstranın Harrinqtonu tanıyan birinin məlumatından sonra Corciya ştatında saxlandığını və sorğu-sual edildiyini bildirib.

Zandstranın cinayətini etiraf etdiyini bildirən Stollsteimer, müttəhimin DNT nümunələrinin cinayət yerindəki dəlillərlə müqayisə ediləcəyini qeyd edib.

Aydan