ABŞ-dən 31 şirkətə sanksiyaya
    • 2-05-2024, 23:30
    • 128

ABŞ-dən 31 şirkətə sanksiyaya

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib.

News24.az xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib.

Bu şirkətlərin “müdafiə sənayesinin əsasını təşkil edən kritik texnologiyaları Rusiyaya təqdim etdikləri” səbəbiylə sanksiyaya məruz qaldıqlarını vurğulayan Burns, “Çinə bu satışların dayandırılmaması halında tədbir görəcəyimizlə bağlı xəbərdarlıq etdik” deyib.

ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiyi açıqlamada siyahıda olan Çin şirkətlərinin Rusiyaya hərbi və mülki ikili təyinatlı aerokosmik, istehsal avadanlıqlarının hazırlanmasında, tədarükündə rolunun olduğunu iddia edib.

Günel Məlikzadə