Əlilliyin müəyyən olunması meyarlarında dəyişiklik edildi
    • 26-07-2023, 16:46
    • 179

Əlilliyin müəyyən olunması meyarlarında dəyişiklik edildi

Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edib.

News24.az-ın xəbərinə görə, əlilliyin qiymətləndirilməsi zamanı yaranmış boşluqların aradan qaldırılması, həmçinin əlilliyin müəyyən edilməsi üçün meyarların təkmilləşdirilməsi məqsədilə “Əlilliyin müəyyən olunması meyarları”na əlavələr, “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə dəyişikliklər edilib.

Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri sütununa bir sıra yeni xəstəliklərin adları əlavə edilib.

Eyni zamanda əlavə edilmiş xəstəliklərin, habelə mövcud olan bir sıra xəstəliklərin ağırlıq dərəcələrinin, orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi zamanı əsas götürülmüş meyarlar təkmilləşdirilib.