Əli Əhmədov Qırğızıstanın Baş naziri ilə görüşdü
    • 26-07-2023, 17:03
    • 209

Əli Əhmədov Qırğızıstanın Baş naziri ilə görüşdü

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın gələcək inkişafının perspektivləri müzakirə olunub.

Bu barədə News24.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, bu gün Qırğızıstanda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Çolpon-Ata şəhərində Qırğızıstanın Nazirlər Kabinetinin sədri Akılbek Japarov ilə görüşüb.

Görüşdə Azərbaycan və Qırğızıstan arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Tərəflər yüksək səviyyədə keçirilən qarşılıqlı səfərlərin və bu səfərlər zamanı imzalanmış sənədlərin əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsində başlıca rolunu qeyd ediblər.

Çolpon-Ata şəhərində keçirilən Azərbaycan Respublikası və Qırğız Respublikası arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Hökumətlərarası komissiyasının 5-ci iclasının vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, kənd təsərrüfatı, mədəni-humanitar, turizm və digər sahələrdə gələcək inkişafının perspektivləri müzakirə olunub.