"Neftçi" yeni transferlərini UEFA-ya sifariş edib
    • 26-07-2023, 17:30
    • 309

"Neftçi" yeni transferlərini UEFA-ya sifariş edib

"Neftçi" yeni transferləri Mark Tamaşla Ervin Koffini UEFA-ya sifariş edib.

News24.az-ın məlumatına görə, hər iki əcnəbi müdafiəçinin adı Bosniya və Herseqovina "Jelezniçar"ı ilə keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsinə salınıb.

Əvəzində isə Serbiya "Partizan"ına keçəcəyi gözlənilən Matias Saldanyanın adı siyahıdan çıxarılıb. Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb.

Qeyd edək ki, "Neftçi" və "Jelezniçar" arasında ilk oyun iyulun 27-də Sarayevoda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab görüşü isə avqustun 3-ü Bakıda keçiriləcək./report/