"Qəbələ" və "Neftçi"nin rəqibləri bir-biri ilə görüşəcək
    • 25-06-2022, 17:42
    • 368

"Qəbələ" və "Neftçi"nin rəqibləri bir-biri ilə görüşəcək

Qəbələ və Neftçinin rəqibləri bir-biri ilə görüşəcək
"Qəbələ" və "Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri olan Macarıstan "Fehervar"ı ilə Kipr "Aris"i arasında yoxlama görüşü keçiriləcək.


News24.az "Fehervar"ın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma iyunun 10-da Avstriyanın Loypersdorf şəhərində oynanılacaq. Bakı vaxtı ilə saat 19:30-da başlanacaq matç hər iki komandanın təlim-məşq toplanışına təsadüf edəcək.

Macarıstan təmsilçisinin digər rəqibləri isə Türkiyənin "Fənərbağça" və "Qalatasaray" komandaları olacaq. Oyunlar müvafiq olaraq, 6 iyul saat 20:30-da və 13 iyul saat 21:00-da başlanacaq.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"la ilk oyununu iyulun 21-də evdə, "Neftçi" isə "Aris"lə start qarşılaşmasını həmin gün səfərdə keçirəcək. Cavab görüşləri isə 28 iyulda olacaq