Çin "səhv etmiş" ABŞ-ı hədələyir
    • 27-07-2023, 10:03
    • 99

Çin "səhv etmiş" ABŞ-ı hədələyir

Çin xeyli güclənib, ona görə də ABŞ-ın aqressiv xarici siyasətinə cavab verə biləcək.

News24.az xəbər verir ki, bu barədə "Global Times" yazır.

Məqalədə ABŞ-dan olan bəzi siyasətçilərin Koreya müharibəsindən yanlış dərslər aldığına diqqət çəkilir. Nəşr qeyd edir ki, onlar ABŞ-ın beynəlxalq aləmdə siyasətini “yoldan çıxarmağa”, Vaşinqtonu böhranlara və müharibələrə sövq etməyə çalışırlar . Lakin müəllif vurğulayır ki, Koreya müharibəsindən sonra çox şey dəyişib - ÇXR-in gücü xeyli artıb.

"Çin Xalq Respublikasının təhlükəsizlik maraqlarına və milli suverenliyinə qəsd etməyin nəticələri, şübhəsiz ki, daha ciddi olacaq", - Global Times yazır.

Aydan