-
- 2-03-2019, 19:56
- 1 125
Cəbhədə döyüşlər gedir - ölən və yaralananlar var
Hindistan və Pakistan əsgərləri Kəşmir nəzarət xəttində toqquşub.
Pakistan Hindistan ordusunun Nakilay Tattapani və Jandrot bölgələrində mülki əhaliyə atəş açıb.
Açıqlamada Pakistan ordusunun 2 əsgərinin və 2 mülki şəxsin öldüyü, iki nəfərin isə yaralandığı deyilir.
Hindistan tərəfi isə Pakistan ordusunun açdığı atəş nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini açıqlayıb.
Qeyd edək ki, hazırda iki nüvə dövləti olan Pakistan və Hindistan arasında gərginlik pik həddə çatıb. Fevralın 14-də Kəşmirin Hindistan tərəfində 44 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib. Hindistan bu terrora görə Pakistanı ittiham edib, daha sonra gərginlik başlayıb.
//PostaAz