Pakistan ordusu Hindistana aid 2 hərbi təyyarəni vurdu - FOTO
    • 27-02-2019, 12:07
    • 904

Pakistan ordusu Hindistana aid 2 hərbi təyyarəni vurdu - FOTO

Hindistan və Pakistan arasında Kəşmir gərginliyi yüksələrkən, Pakistan ordusu tərəfindən Kəşmirin bu ölkəyə aid bölgəsində Hindistana aid iki hərbi təyyarə vurulub.

News24.Az bildirir ki, bu haqda BBC məlumat verib. 

Məlumatda eləcə də 1 Hindistan pilotunun girov götürüldüyü qeyd edilib. 

Pakistan Silahlı Qüvvələrinin sözçüsü Mac Qen Asif Qafur twitter hesabında bildirib ki, təyyarələr kontrol xəttini keçdikləri üçün vurulublar. Hindistan mətbuatı isə Pakistanın 3 hərbi təyyarəsinin hava sərhəddini pozduğunu iddia edib.

News24.Az