İranda yağan güclü qar həyatı iflic halına salıb
    • 2-03-2019, 20:18
    • 1 739

İranda yağan güclü qar həyatı iflic halına salıb

İranın 25 əyalətində yağan güclü qar və çovğun böyük fəsadlar törədib.

News24.Az bildirir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Murtaza Səlimi məlumat yayıb. Məlumatda deyilir ki, ölkənin Qərbi və Şərqi Azərbaycan, Kürdüstan, Elam, İsfahan, Çahar-Mahal və Bəxtiyari, Sistan-Bəlucistan, Gülüstan, Mazandaran, Xuzistan, Yəzd, Həmədan, Semnan, Zəncan və başqa əyalətlərində qarın yağması və çovğun həyatı iflic edib. Məktəblər, xəstəxanalar və bir sıra dövlət idarələri müvəqqəti olaraq fəaliyyətlərini dayandırıblar.
M.Səlimi bildirib ki, son 2 gündə 7 min 290 nəfərə müxtəlif yardımlar edilib, 122 dağ kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib, 404 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, 18 nəfərə təcili tibbi yardım göstərilib və onlar xəstəxanalara çatdırılıblar.
Əyalətlərdə xilasetmə işləri davam edir.