Aİ daha bir ölkəyə sanksiya tətbiq edəcək
    • 27-07-2023, 13:29
    • 166

Aİ daha bir ölkəyə sanksiya tətbiq edəcək

Avropa İttifaqı ölkələrinin səfirləri Belarusa qarşı məhdudlaşdırıcı tədbirləri gücləndirmək qərarına gəliblər.

 
News24.az
bu barədə xarici KİV-ə istinadla məlumat yayıb.

 
İspaniyanın Aİ Şurasına sədrliyi bəyanatında bildirib ki, ölkəyə girişin qadağan edilməsi və aktivlərin dondurulması təhlükəsi var.
Diplomatların sözlərinə görə, həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən malların Belarusa ixracı məhdudlaşdırılacaq.
Aviasiya texnikası da sanksiyalara məruz qalıb. Yaxın bir neçə gün ərzində məhdudiyyətlərlə bağlı rəsmi qərarın veriləcəyi gözlənilir.
 
Arzu