-
- 27-07-2023, 13:34
- 336
"Ağdam yoluna TIR-lar göndərək" - Ermənilərin "humanitar şousu"na reaksiya
“Ermənistan hökuməti dünən Qarabağdakı separatçılara 400 ton “humanitar yardım” göndərmək qərarını qəbul edib. Sözsüz ki, bu addım təxribat xarakteri daşıyır. Ermənistan gözəl başa düşür ki, son vaxtlar Azərbaycan mövqe ortaya qoyub. Xaricdən Azərbaycanın ərazisi olan Qarabağa gətirilən yüklər, mallar, əşyalar haqqında əvvəldən məlumat verilməli və razılaşdırılmalıdır. Ermənistan bunu yaxşı bilir. Bu, Azərbaycanla razılaşdırılmayıb, rəsmi Bakının Qarabağdakı erməni əhalisinin təminatının Ağdam yolundan həyata keçirilməsi təklifi dəyişməz olaraq qalır. Bu tələb həm XİN görüşündə, həm də dövlət başçıları səviyyəsində keçirilən görüşlərdə səsləndirilirdi. İntensiv şəkildə keçirilən görüşlərdə bu məsələlər tez-tez gündəmə gətirilirdi. Ermənistan Bakının Ağdam marşrutu təklifini qəbul etmək istəmir. Və “humanitar yük”ləri Laçın postunun qarşısına toplayaraq, “Azərbaycan yardımların keçməsinə icazə vermir” rəyini formalaşdırmaq istəyir. Ermənistan tərəfi də bilir ki, Laçın postundan keçə bilməyəcəklər, buna baxmayaraq yük maşınlarını Laçın postuna göndərmələri ona hesablanıb ki, “Azərbaycan humanitar yardımların keçməsinə icazə vermir” rəyini formalaşdırsınlar. Sözügedən "humanitar şou" daha çox xarici havadarlara hesablanıb”.
Bu sözləri News24.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, Rəsmi İrəvanın bu addımı atması danışıqlar prossesinə mənfi təsir göstərir.
“Primitiv şəkildə təşkil edilmiş şoular danışıqların məhsuldarığına təsir edir, sülh sazişi prossesini uzadır. Ermənistan tərəfi bilirdi ki, bu təxribata reaksiya kəskin olacaq və bilirdilər ki, “humanitar yük”lər Azərbaycanla razılaşdırılmadan həyata keçir. Onlar qarşılıqlı münasibətləri yaxşılaşdırmaq istəsəydi belə bir addım atmazdı. Sonuncu Moskva görüşü fonunda xarici işlər naziri Ceyhun Bayramov görüşü çətin adlandırmışdı. Ermənistanın “humanitar yardım” şousu nəticə verməyəcək”, - o deyib.
Politoloq əlavə edib ki, Rəsmi Bakı bu təxribata belə cavab verə bilər: “humanitar yardım” oyununa ərzaq və digər ləvazimatların yükləndiyi TIR-ları Ağdam yoluna toplaya bilər”.
Hikmət Hacıyev baş verənlərlə bağlı deyib: Başqa yol yoxdur. Oyun bitdi!
Arzu