"AZAL"ın uçuşunda problem yaranıb? - RƏSMİ
    • 27-07-2023, 15:37
    • 264

"AZAL"ın uçuşunda problem yaranıb? - RƏSMİ

Xəbər verdiyimiz kimi, bu gün Dubaydan Bakıya gələn təyyarənin uçuşunda problem yaranıb.

News24.az-ın əldə etdiyi məlumata görə, "Air-Arabia" reysi ilə Bakıya uçan təyyarə bir neçə dəqiqədən sonra geri dönüş edib.

Bəs, bu gün Dubaydan Bakıya, yaxud Bakıdan Dubaya uçan təyyarə reyslərində belə hal baş veribmi?

Bununla bağlı sorğumuza AZAL-dan belə cavab verilib: "AZAL-ın həm Bakı-Dubay, həm də Dubay-Bakı reysi bu gün cədvələ uyğun vaxtda uçuşunu həyata keçirib".