Quranın yandırılmasına qarşı çıxan qadına polis icazə verməyib
    • 27-07-2023, 15:51
    • 230

Quranın yandırılmasına qarşı çıxan qadına polis icazə verməyib

Danimarkanın paytaxtı Kopenhagendə Quranın yandırılmasının qarşısını almaq istəyən qadın qrup üzvlərinin hücumuna məruz qalıb və polis müdaxilə edərək qadını hadisə yerindən uzaqlaşdırıb.

News24.az
 
xəbər verir ki, Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qrupunun üzvləri iyulun 24-də İraqın Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırmağa hazırlaşarkən bir qadının reaksiyası ilə üzləşiblər.

Qrupun yerləşdiyi əraziyə gedən qadın üzərinə ayaqqabı qoyulmuş Qurani-Kərim götürərək onun yandırılmasının qarşısını almağa çalışıb.

Bu zaman qrup üzvləri qadına hücum edərək Quranı onun əlindən almağa çalışıblar.Tərəfləri ayıran polis qadının əlindən Quranı alaraq qrupa geri verib.

Aydan