Suşi kafesi kütləvi zəhərlənmə səbəbindən bağlandı
    • 28-07-2023, 09:30
    • 204

Suşi kafesi kütləvi zəhərlənmə səbəbindən bağlandı

Rusiyada "Sushi Nearby" suşi kafesinin işi ziyarətçilərin kütləvi zəhərlənməsi səbəbindən dayandırılıb.

News24.az xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb. 

Məlumata görə, bağlanan kafeyə gələnlərə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub - onlar müəssisədə pizza, əriştə və suşi sifariş ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Sözügedən müəssisənin ərazisinə baxış zamanı bir sıra sanitar-epidemioloji tələblərin pozulması faktları aşkar edilib. Mövcud çeşiddə hazır məhsul, işlənmiş xammal və yarımfabrikatlar, yuyucu məhsullardan nümunələr laboratoriya tədqiqatlarına göndərilib.

Günəş Mərd