Orban:
    • 28-07-2023, 11:45
    • 187

Orban: "Ukraynanın varlığı Qərbin pulu hesabınadır"

“Ukraynanın mövcudluğu yalnız kollektiv Qərbin pulu hesabına təmin edilir”.
 
News24.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib. 
 
Orban “Kossuth” radiosuna müsahibəsi zamanı deyib: 
“Ukraynanın suverenliyi praktiki olaraq itirilir. Çünki heç bir maliyyə gəliri olmayan, vətəndaşlarını işlə təmin edə bilməyən, hətta müharibəni maliyyələşdirə bilməyən ölkə suveren deyil".

Siyasətçi vurğulayıb ki, hərbi əməliyyatlar aparmaq üçün ölkəyə təsir edici vəsait lazımdır: “Silahların indi aktiv şəkildə inkişaf etdiyini nəzərə alsaq, xərclər artmağa davam edir”.

Orban deyib ki, Ukrayna ordusu bacarıqlıdır amma indi Ukraynanı yalnız Qərbin pulu yaşadır.  Onun sözlərinə görə, vəziyyət uzun müddət davam edə bilməz.
 
Arzu