Rusiyada hərbi xidmətin son yaş həddi artırıldı
    • 28-07-2023, 14:05
    • 189

Rusiyada hərbi xidmətin son yaş həddi artırıldı

Rusiyanın Federasiya Şurası hərbi xidmətdə olmanın son yaş həddini 27-dən 30-a qədər artıran qanunu təsdiqləyib. 


News24.az-ın “TASS”a istinadən xəbərinə görə, sənədin 2024-cü ilin yaz çağırışından etibarən qüvvəyə minməsi nəzərdə tutulub. 

Qeyd edək ki, hərbi xidmət keçmənin son yaş həddinin artırılmasını 2022-ci ilin sonunda müdafiə naziri Sergey Şoyqu təklif edib.


Nazirin təklifində həqiqi hərbi xidmət keçmənin aşağı və yuxarı həddi müvafiq olaraq 21-30 yaş arası nəzərdə tutulsa da, sonradan ona düzəliş edilib.