İtkin düşən geoloqun cəsədi TAPILDI - FOTO
    • 28-07-2023, 17:07
    • 192

İtkin düşən geoloqun cəsədi TAPILDI - FOTO

İtkin düşmüş 62 yaşlı geoloq Viktor Qureviçin cəsədi tapılıb.

News24.az xəbər verir ki, alimin cəsədi göbələk toplayanlar tərəfindən Böyük Zelenodolsk gölünün sahilində aşkar edilib.

Müstəntiqlərin fikrincə, partlayışı məhz o, özü törədib. Hesab edirlər ki, onun ölümünə köhnə mərminin partlaması səbəb olub.

Viktor Qureviç həyat yoldaşı Natalya ilə birlikdə həmin əraziyə gedibmiş. Lakin çadırın yaxınlığında yalnız kişi qalıqları tapılıb. Hazırda itkin düşən qadının axtarışları davam etdirilir.