-
- 28-07-2023, 22:31
- 367
Azərbaycanlı futbolçu ilk qolu vurdu
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov bu yay transfer olunduğu Bolqarıstanın "Arda" komandasında qol hesabını açıb.
News24.az "Report"a istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi yerli "Etar"la yoldaşlıq oyununda fərqlənib.
21-ci dəqiqədə rəqib qapısına yol tapan gənc oyunçu matçdakı ilk qolun müəllifi olub.
Qeyd edək ki, qarşılaşma "Arda" klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.