Salahdan fantastik qol – Video
    • 13-10-2018, 10:35
    • 1 124

Salahdan fantastik qol – Video

“Liverpul”un və Misir yığmasının futbolçusu Məhəmməd Salah növbəti dəfə qeyri-adi bacarığı ilə futbol azarkeşlərinin diqqətini cəlb edib.

Futbolçu Misir yığmasının Svazilend komandasına qarşı oyununda özünün daha bir məharəti ilə seçilib.

Belə ki, matçın 45-ci dəqiqəsində hücumçu künc zərbəsindən topu rəqib komandanın qapısından keçirib. Qarşılaşma Misir yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Məhəmməd Salahın adı “Qızıl top”a namizəd olan futbolçuların siyahısındadır.