-
- 29-07-2023, 16:14
- 521
Ermənilər Laçın postuna hücuma hazırlaşır – "Ordumuz tədbir görəcək..."
Ermənistan mediasında Paşinyan hakimiyyətinə Laçın postuna qarşı hərbi müdaxilənin edilməsi və itkilər hesabına da olsa, yüklərin Qarabağa daxil edilməsi çağırışı edilir. “Laçın postunu məhv etməliyik, qurbanlar versək belə onun mövcudluğunu aradan qaldırmalıyıq. Başqa yol yoxdur”, - erməni ekspert Qaqik Vardanyan "sərsəmləyib".
Mövzu ilə bağlı News24.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, silahlı insidentin olması istisna edilmir:
“Sərhəddə gərginlik ehtimalı var. Orada hansısa silahlı insident və təxribatın baş verməsi mümkün kimi görünür. Amma, narahat olmağa dəyməz. Azərbaycanın bütün istiqamətlərdə ərazi bütövlüyü qorunur. Ərazi bütövlüyümüzə, sərhədlərimizə müdaxilə etmək istəyən qüvvələrə qarşı adekvat addımlar mütləq atılacaq. Hər hansı bir silahlı insident baş verərsə, bu istiqamətdə lazım olan tədbirlər görüləcək. Əməliyyat şəraiti hər zaman olduğu kimi Azərbaycan Ordusunun nəzarəti altındadır. Dövlətimiz bütün gedən prosesləri diqqətlə izləyir, lazım olan əlavə tədbirləri görür. Vəziyyətin inkişafına uyğun bütün addımlar atılacaq, ərazi bütövlüyümüz nəyin bahasına olursa-olsun, qorunacaq. Yüklərin daşınması beynəlxalq normalar çərçivəsində həyata keçirilməlidir. Biz bütün ssenarilərə hazırıq, bizi heç nə qorxuda bilməz. Azərbaycan Ordusunun gücü, dövlətin iradəsi var”.
Ş.Ramaldanov qeyd etdi ki, Ermənistanın təşkil etdiyi “yardım şousu” Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addımdır və beynəlxalq hüquqa uyğun deyil:
“Azərbaycanın uğurları Ermənistanı, bölgədə sülhü istəməyən qüvvələri hərəkətə gətirir. Ermənilər, əslində yük karvanlarını sərhədə gətirməklə yeni təxribata əl atıblar. “Laçın” postunun bağlanmasına qarşılıq olaraq bu vəziyyətdən istifadə edən ermənilər, 19 maşından ibarət humanitar karvanı sərhəd keçid məntəqəsindən keçirmək üçün sərhədə göndərib. Bunun siyasi məqsədləri var. Hədəf vəziyyəti gərginləşdirməkdir. Ermənilər Azərbaycanın cavabını və mövqeyini əvvəlcədən bilərək bu addımı atıblar. Onların bu addımı “Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin blokadaya alınması” görüntüsü yaratmağa hesablanıb. Bununla da Azərbaycanla bağlı mənfi imic yaradacaqlarını, beynəlxalq qurumlardan təzyiq vasitəsi kimi istifadə edəcəklərini düşünürlər”.
Polkovnik bildirdi ki, sərhəd keçid məntəqəsinin bağlanmasına səbəb erməni tərəfinin təhlükəsizlik təminatı verə bilməməsi və ya vermək istəməməsisidir:
“Həmin istiqamətdə dəfələrlə atəş açılıb, sərhədçimiz o postda yaralanıb. Sərhəd keçid məntəqəsi kimə aiddirsə, təhlükəsizliyi də həmin tərəf təmin edir. Azərbaycan dövləti Ağdam yolu ilə bağlı təkliflər verdi. Bərdədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin qərargahı var. Oradan Xankəndiyə 71 kilometrdir. Halbuki İrəvandan Xankəndiyə 330 kilometr məsafə var. Yəni Bərdə-Ağdam-Xankəndi yolu daha qısa və rahat hesab olunur. Ancaq təklifi qəbul etmək yerinə erməni separatçıları Ağdamdan Xankəndiyə gedən yolda beton plitələr qoyaraq yolu bağladı. Rəsmi Bakı sülhməramlı qüvvələrə təminat məsələsi ilə bağlı Azərbaycandan keçən yolu təklif edib. Bu da iqtisadi, zaman və məsafə baxımından daha əlverişli yol sayılır. Blokadanı yaradan ermənilərdir”.
Ş.Ramaldanov hesab edir ki, ermənilərin humanitar yük karvanını bəhanə gətirərək vəziyyəti gərginləşdirmək hədəfi burada açıq-aydın görünür:
“Hansısa bir yükün bir dövlətin ərazisindən digər dövlətin ərazisinə keçilməsi üçün beynəlxalq normalar çərçivəsində prosedur və razılaşdırma qaydaları var. Bu qaydalara riayət etməyərək, təxribat məqsədilə humanitar karvanın Azərbaycan sərhədində saxlanması, aksiya keçirilməsi onların məqsədlərini açıq-aydın ortaya qoyur”.
Akqabay Mıradov