Dilimizi bilmədən dişləyəndə niyə ağrıyır?
    • 29-07-2023, 16:03
    • 507

Dilimizi bilmədən dişləyəndə niyə ağrıyır?

Dil dişləmək insanın başına gələ biləcək ən zəhlətökən şeylərdən biridir. Amma təsadüfən dili dişləməklə qəsdən dişləmək arasında böyük fərq var. Təsadüfən dili dişləmək ağrılı ola bilsə də, dili qəsdən dişləmək zərər vermir. Bəs niyə?

News24.az "Habertürk"-ə istinadla xəbər verir ki, dil çox həssas və mürəkkəb bir orqandır.

Dildə təsirli dəqiqlik və çevikliklə hərəkət etmək qabiliyyətini təmin edən təxminən 8000 motor vahidi var.

Dilinizdəki qabarlara papilla deyilir, papillaların altında isə dad qönçələriniz var. Hər bir dad qönçəsi birbaşa beyin sapının sinirlərinə bağlanan minlərlə hüceyrədən ibarətdir. Bu o deməkdir ki, dilin dad, temperatur, tekstura və təəssüf ki, ağrı qavrayışı kifayət qədər kəskindir.

Gələk əsas sualımıza. Dilimizi qəsdən dişlədiyimiz zaman ağrı şiddətinin fərqinə varırıq və ağrı təhlükəli olduqda dayanırıq, çünki beynimiz bu şəkildə proqramlaşdırılıb.

Ancaq təsadüfən dilimizi dişləyəndə ağrı həddini tənzimləyə bilmirik və onsuz da çox həssas olan dil hiss etdiyi ağrıları kəskin şəkildə beyinə ötürür.

Əslində, təsadüfən dili dişləməklə şüurlu şəkildə dişləmək arasındakı yeganə fərq ağrını hiss edərək özümüzü dayandırmağımızdır.

Aydan