Ceyhun Bayramovun Türkiyəyə səfərinin proqramı açıqlandı
    • 29-07-2023, 16:50
    • 192

Ceyhun Bayramovun Türkiyəyə səfərinin proqramı açıqlandı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 iyul 2023-cü il tarixində Türkiyəyə rəsmi səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Səfər zamanı dost və qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizin, əməkdaşlığımızın müxtəlif aspektləri müzakirə olunacaq. Həmçinin, regional hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq", - məlumatda qeyd edilib.