Məşhur almaniyalı yazıçı vəfat etdi
    • 29-07-2023, 18:36
    • 368

Məşhur almaniyalı yazıçı vəfat etdi

Almaniyanlı yazıçı Martin Valser 97 yaşında vəfat edib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, o, Almaniya nəsrinin İknici Dünya Müharibəsindən sonrakı dövrünün ən parlaq nümayəndələrindən biri olub.

“Filipsburqda evliliklər”, “Qaçan at”, “Uşaq oyunu” kimi məşhur əsərlər yazıb. 

Almaniya kansleri Olaf Şolts və ölkə Prezidenti Frank-Valter Ştaynmayer yazıçının vəfatı ilə bağlı başsağlığı veriblər. 

Günəş Mərd