Azərbaycan cüdoçuları EYOF-da daha bir medal qazanıblar
    • 29-07-2023, 23:58
    • 309

Azərbaycan cüdoçuları EYOF-da daha bir medal qazanıblar

Azərbaycan cüdoçuları Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) daha bir medal qazanıblar.

News24.az xəbər verir ki, Report-un məlumatına görə, yığma turnirin sonuncu günündə qarışıq komanda yarışlarında qüvvələrini sınayıb. Finala vəsiqə əldə edən milli burada Türkiyə seçməsinı 2:4 məğlub olaraq gümüş medala sahib çıxıb.

Xatırladaq ki, fərdi yarışlarda Azərbaycan cüdoçuları festivalı 3 qızıl, 2 gümüş və 4 bürünc medalla 1-ci yerdə başa vurublar.