"Bizə hər şeyi qadağan edənlər, qıraqdan gəlib yer tuturlar" - ÖZƏL
    • 1-05-2024, 16:33
    • 191

"Bizə hər şeyi qadağan edənlər, qıraqdan gəlib yer tuturlar" - ÖZƏL

Suraxanı rayonu Hövsan qəsəbəsi Hafiz Quliyev 14 küçəsindəyik. 

Ərazidə yerləşən beş mərtəbəli binanın sakinləri ərazidə aparılan tikinti işlərindən narazıdırlar. Onların sözlərinə görə, ərazidə aparılan tikinti işləri binanın ərazisinə avtomobillərin girişinə mane olur. Tikilinin qanuni olub olmaması isə məlum deyil. Eyni zamanda obyektin tikintisi tamamlandıqdan sonra nə üçün istifadə olunması sakinlərdə narahatlıq yaradır.