37 il əvvəl itkin düşən alpinistin CƏSƏDİ TAPILDI
    • 30-07-2023, 10:49
    • 200

37 il əvvəl itkin düşən alpinistin CƏSƏDİ TAPILDI

37 il əvvəl itkin düşən alpinistin cəsədi İsveçrədə əriyən buzlaqda tapılıb. 

News24.az xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb. 

İyulun 12-də alpinistlər Zermatt kəndinin cənubundakı Teodul buzlaqında ərimiş buzun içindən çıxan insan qalıqlarını, həmçinin dağa qalxmağı asanlaşdıran gəzinti çəkmələri və kramponlar, ayaqqabı aksesuarları aşkar ediblər. Qalıqlar Valais xəstəxanasının tibb şöbəsinə göndərilib və DNT testi onların 1986-cı ildə dağlarda itkin düşən 38 yaşlı alpinistə aid olduğunu təsdiqləyib.

Qeyd edək ki,  bu, Alp dağlarında tapılan ilk cəsəd deyil. 2017-ci ildə də Qərbi Alp dağlarında,  1942-ci ildən bəri orada olan Tsanfleuron buzlaqında iki cəsəd aşkar edilmişdi. 

Günəş Mərd