İtkin düşən qazi tapıldı
    • 27-07-2022, 10:54
    • 312

İtkin düşən qazi tapıldı

Bir neçə gün əvvəl itkin düşən Vətən müharibəsi iştirakçısı tapılıb.

News24.az xəbər verir ki, bu barədə "Qarabağ Qaziləri" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu məlumat verib.

O bildirib ki, 1 həftədir itkin düşən Neftçala rayon sakini, qazi Cavid Bədəlovun yeri aşkar edilib və tapılıb.

Qeyd edək ki, Abşeron rayonu Xırdalan şəhərində yaşayan, Neftaçala rayon sakini Cavid Bədəlovun ailəsi iyulun 21-də polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət edib.