Məşhur müğənninin həyat yoldaşı özünü pəncərədən atdı- FOTO
    • 30-07-2023, 21:44
    • 235

Məşhur müğənninin həyat yoldaşı özünü pəncərədən atdı- FOTO

1990-cı illərin ulduzu Natalinin əri və prodüseri Aleksandr Rudin Moskvada özünü pəncərədən ataraq intihar edib.

News24.az axşam.az-a istinadən bildirir ki, 53 yaşlı kişinin cəsədi Belomorskaya küçəsindəki evlərin birinin girişində tapılıb. Faciəli xəbəri "Mash" teleqram kanalı yayıb.

Bildirilib ki, son iki il ərzində Aleksandr koronavirus fəsadları səbəbindən depressiyadan əziyyət çəkirdi. Ölümündən bir müddət əvvəl atasının ölümü ilə əlaqədar prodüserin vəziyyəti pisləşib. İlkin məlumata görə, intihara məhz bu səbəb olub.