-
- 31-07-2023, 01:20
- 383
“Neftçi”nin futbolçularına səsləndi, “cəhənnəm” mesajı verdi - “Forza”
“Neftçi” Bosniya və Hersoqovina səfərindən məhsuldar heç-heçəylə qayıtdı – 2:2.
News24.az SPORTİNFO.AZ-a istinadən xəbər verir ki, Rəhman Hacıyevin oyunun son saniyələrində vurduğu mükəmməl qolla “ağ-qaralar”ı məğlubiyyətdən xilas etdi.
Cümə axşamı Bakıda keçiriləcək cavab görüşündə futbolçular əsas dəstəyi azarkeşlərdən gözləyəcək. Bu mənada əsas yük “Forza Neftçi”nin üzərinə düşəcək.
Ölkənin məşhur azarkeş qruplarından olan “Forza Neftçi” Sarayevodakı oyundan sonra sosial media səhifələrində paylaşım edib.
Futbolçulara səslənən azarkeş ordusu avqustun 3-də 8-ci km stadionunu “Jelezniçar”ın futbolçuları üçün “cəhənnəmə çevirəcəyinə” dair mesaj verib:
“Oynadığınız hər saniyəyə bir dəfə, lazım gəlsə, 5 dəfə yenidən baxın. Biz üzərimizə düşəni edəcəyik. Siz də etməli olduğunuzu edin və mərhələni keçin”.
Avqustun 3-də baş tutacaq “Neftçi” – “Jelezniçar” oyunu 8-ci km stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.